Pentaqon rəhbəri həmkarları ilə Əfqanıstanı müzakirə edib
Ostin Əfqanıstandan təxliyənin həyata keçirilməsində göstərdikləri köməyə görə dövlərlərə minnətdarlığını bildirib.
Pentaqon rəhbəri və Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer İslam respublikasında vəziyyətin sonrakı inkişafı ilə bağlı sıx koordinasiyanı davam etdirmək barədə razılığa gəliblər. Kanadanın milli müdafiə naziri Harjit Sajan ilə söhbət zamanı isə əfqanlara kömək etmək üçün ümumi öhdəliklər ifadə olunub.
Ostin norveçli həmkarı Frank Bakke-Yensenlə telefon danışığında Kabil hava limanında fəaliyyət göstərmiş Norveç xəstəxanasının vacib rolunu qeyd edib.
Azvision.az
Teqlər: Əfqanıstan ABŞ







Vaxtında, Aydın, Lazımlı!


