Zelenski Pentaqonun rəhbəri ilə Donbasdakı vəziyyəti müzakirə edib

Zelenski Pentaqonun rəhbəri ilə Donbasdakı vəziyyəti müzakirə edib
  01 Sentyabr 2021    Oxunub:951
ABŞ-da səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski Pentaqon rəhbəri Lloyd Ostinlə görüşüb. Tərəflər Donbasdakı vəziyyəti, Rusiyanın Azov-Qara dəniz bölgəsindəki aqressiyasına qarşı mübarizə üçün əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
Azvision.az bu barədə Ukrayna liderinin mətbuat xidmətinə istinadən xəbər verir.

Zelenski avqustun 26-da Kabildə törədilən terror aktında həlak olmuş ABŞ hərbçilərinə görə başsağlığı verib, Ukraynanın Əfqanıstandan təxliyyədə göstərdiyi köməyi qeyd edib.

Pentaqon rəhbəri ABŞ-ın Ukraynanın yanında olacağına, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyəcəyini, Rusiyanın təcavüzünə qarşı kömək edəcəyinə və Kiyevin NATO hədəflərini dəstəkləyəcəyini bildirib.

Görüşdə Zelenski köməyə görə təşəkkür edib, ABŞ-dan Ukrayna ordusu üçün müalicə- reabilitasiya mərkəzləri şəbəkəsinin inkişafına dəstək gözlədiyini söyləyib.

Zelenski ABŞ-da işgüzar səfərdədir, onun bu gün Prezident Co Baydenlə görüşü planlaşdırılır.

Azvision.az




Teqlər: ABŞ   Ukrayna  





Xəbər lenti