Ermənistanda COVID-19-a yoluxanların sayı artıb

Ermənistanda COVID-19-a yoluxanların sayı artıb
  01 Sentyabr 2021    Oxunub:867
Ermənistanda son sutka ərzində daha 615 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 242 750 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 13 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4 857-yə yüksəlib. Koronavirusa yoluxan və digər xəstəlikdən ölənlərin sayı 1157 nəfərdir. Hazırda 9443 pasiyent müalicə olunur.

Azvision.az



Teqlər: Ermənistan   Virus  





Xəbər lenti