Əfqanıstanın üç əyalətində döyüşlər gedir

 Əfqanıstanın üç əyalətində döyüşlər gedir
  01 Sentyabr 2021    Oxunub:950
Əfqanıstanın üç əyaləti - Pəncşir, Pərvan və Baqlanın müxtəlif rayonlarında müqavimət qüvvələri ilə “Taliban” hərəkatının silahlıları arasında toqquşmalar davam edir.
Azvision.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Qeyd olunub ki, döyüşlər çərşənbə axşamı yerli vaxtla təxminən 23:00-da yaraqlıların hücumundan sonra başlayıb və hələ də davam edir. Ölənlərin sayı hazırda məlum deyil.

Çərşənbə axşamı radikalların nümayəndələri üç vacib bölgəni və Pəncşirin keçidlərini tutduqlarını və tezliklə tam qələbə elan edəcəklərini bildiriblər. Müqavimət qüvvələri bu məlumatı təkzib edib.

Xatırladaq ki, ötən həftə Milli Müqavimət Cəbhəsi ilə “Taliban” nümayəndə heyəti arasında ilk birbaşa danışıqlar Pərvan əyalətinin inzibati mərkəzi Çərikar şəhərində keçirilib. Tərəflər razılığa gələ bilməyiblər.

"Taliban" ölkədə hakimiyyəti ələ keçirdikdən sonra Əhməd Şah Məsudun oğlu (1953-2001) Əhməd Məsudun başçılığı ilə Pəncşirdə müqavimət təşkil edilib. Özünü dövlət başçısı vəzifəsini müvəqqəti icraçısı elan edən keçmiş vitse -prezident Əmrulla Saleh də müqavimət qüvvələrinə qoşulub.

Azvision.az



Teqlər: Əfqanıstan  





Xəbər lenti