Bayden Zelenski ilə mətbuat konfransı keçirməyəcək

Bayden Zelenski ilə    mətbuat konfransı keçirməyəcək
  01 Sentyabr 2021    Oxunub:1283
ABŞ Prezidenti Co Baydenlə Ukrayna Prezidenti Vladimir Zelenski arasında bu gün Vaşinqtonda baş tutacaq görüşdən sonra birgə mətbuat konfransı planlaşdırılmır.
Azvision.az “Reqnum” agentliyinə istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat xidmətindən bildiriblər.

Amerika liderinin ukraynalı həmkarını Oval Ofisdə qəbul edəcəyi və onunla " ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyi", eləcə də enerji və Kiyevdəki islahatlar sahəsində əməkdaşlığı müzakirə edəcəyi ifadə edilir.

IA REGNUM-un verdiyi xəbərə görə, Vladimir Zelenski bir qədər əvvəl Vaşinqtonda Pentaqonun rəhbəri Lloyd Austinlə görüşüb və onunla Ukraynanın NATO üzvü olmaq istəyi də daxil, bir çox məsələləri müzakirə edib.

Nadir Quliyev
Azvision.az




Teqlər: Bayden   Zelenski  



Xəbər lenti