Texasda abort qadağan edilib

Texasda abort qadağan edilib
  01 Sentyabr 2021    Oxunub:2223
ABŞ-ın Texas ştatında abortu qadağan edən qanun layihəsi qüvvəyə minib. Məlumata görə, dölün artıq ürək döyüntüsü hiss edildiyi 6-cı həftədən etibarən hamiləliyin süni şəkildə dayandırılmasına icazə verilməyəcək.
Azvision.az bu barədə "Reuters" istinadən xəbər verir.

Məlumata görə, istisnalar hamiləliyin yalnız yaxın qohumlar arasında cinsi əlaqə və yaxud təcavüz nəticəsində meydana gəldiyi hallara aid edilir.

İnsan haqları müdafiəçiləri hesab edirlər ki, qanun faktiki olaraq abortlara qadağa qoyur, çünki qadınların 85-90 faizi ümumiyyətlə altı həftəlik hamiləlikdən sonra abort edir.

Qanunun başqa bir xüsusiyyəti də var - bu, vətəndaşlara abort edənlərə, habelə hamilə qadınların qanunu pozmasına kömək edənlərə qarşı iddia qaldırmağa imkan verir. Bu cür iddiaları qazanan vətəndaşlar ən azı 10 000 ABŞ dolları almaq hüququna malik olacaqlar.

Bundan əvvəl, Texasda hamiləliyin 20-ci həftəsində abort qadağan idi. Beşinci və ya altıncı həftədə abort qadağası daha əvvəl Aydaho ştatı tərəfindən tətbiq edilmişdi.

Azvision.az



Teqlər: ABŞ   Abort  



Xəbər lenti