Əfqanıstanda qadınların nazir olmasına icazə verilməyəcək

Əfqanıstanda qadınların nazir olmasına icazə verilməyəcək
  01 Sentyabr 2021    Oxunub:1165
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatı qadınların nazir və digər yüksək vəzifələrdə işləməsinə icazə verməyəcək.
Azvision.az - ın məlumatına görə, bu barədə “BBC” yə “Taliban”ın Dohadakı siyasi ofisinin rəhbərinin müavini Şir Məhəmməd Abbas Stanikzay deyib.

Onun sözlərinə görə, inanclarına baxmayaraq, Əfqanıstanda qadınlar hökumətdə rol oynamağa davam edəcəklər. ABŞ-la əməkdaşlıq edən qadınlar isə ümumiyyətlə dövlət vəzifələrində çalışa bilməyəcəklər.

Stanikzay əlavə edib ki, yeni hökumətin tərkibi yaxın günlərdə açıqlanacaq. Eyni zamanda Kabil hava limanı da yenidən fəaliyyətə başlayacaq.

"Taliban" yaraqlıları avqustun 15-də Əfqanıstanda hakimiyyəti ələ keçirib.

Azvision.az



Teqlər: Əfqanıstan  





Xəbər lenti