"Taliban" Pəncşirə qubernator təyin edib

"Taliban" Pəncşirə qubernator təyin edib
  01 Sentyabr 2021    Oxunub:899
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatı ölkənin şimalındakı Pəncşir əyalətinə yeni qubernator təyin edib.
Azvision.az xəbər verir ki, bu barədə “1TV” kanalı hərəkatın rəhbərliyinin nümayəndəsi Əmir Xan Mutakiyə istinadən məlumat yayıb.

Qeyd olunur ki, “Taliban” müqavimət qüvvələrini toqquşmalardan qaçmaq üçün hərəkata qoşulmağa çağırıb.

Xatırladaq ki, Pəncşirdə Əhməd Məsudun başçılıq etdiyi müqavimət qüvvələri toplaşıb.

Azvision.az



Teqlər: Əfqanıstan   Pəncşir  





Xəbər lenti