Berluskoni yenidən xəstəxanaya yerləşdirilib

Berluskoni yenidən xəstəxanaya yerləşdirilib
  01 Sentyabr 2021    Oxunub:782
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni yenidən Milanda xəstəxanaya yerləşdirilib.
Azvision.az xəbər verir ki, bu barədə “Rainews24” öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, keçən həftə də Berluskoni eyni klinikayda - "San Raffael"də müayinə edilib.

Bir neçə il əvvəl Berluskoni ağır ürək əməliyyatı keçirib. Son aylarda o, dəfələrlə xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, sentyabrın 29-da onun 85 yaşı tamam olacaq.

Azvision.az



Teqlər: SilvioBerluskoni  





Xəbər lenti