Nigeriyada yüzdən çox şagird və müəllim məktəbdən qaçırılıb

Nigeriyada yüzdən çox şagird və müəllim məktəbdən qaçırılıb
  01 Sentyabr 2021    Oxunub:1041
Nigeriyanın şimal qərbində yerləşən Zamfara əyalətində məktəblərdən birindən 100-dən çox şagird və bir neçə müəllim qaçırılıb. Bu barədə Nigeriyanın Blueprint xəbər portalı hadisə şahidlərinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, hücum dərs zamanı baş verib. Zamfara əyalətinin qubernatoru bütün ibtidai və orta məktəblərin müvəqqəti bağlanması barədə əmr verib. Eyni zamanda 13 rayonda saat 18:00-dan 06:00-dək hərəkətə məhdudiyyətlər qoyulub.

Nigeriyada məktəb və universitetlərə hücumlar son aylarda daha tez-tez baş verir. Bu ilin əvvəlindən bəri ölkənin müxtəlif yerlərində məktəb və universitetlərdən 1000-dən çox adam qaçırılıb.

Azvision.az




Teqlər: Nigeriya  





Xəbər lenti