Zelenski Baydenlə görüşünü şərh edib

Zelenski Baydenlə görüşünü şərh edib
  02 Sentyabr 2021    Oxunub:1093
Ukrayna lideri Vladimir Zelenski Ağ Evdə ABŞ Prezident Co Baydenlə apardığı danışıqları məhsuldar adlandırıb.
Azvision.az xəbər verir ki, bu barədə Zelenski jurnalistlərə açıqlamasında bildirib.

“Görüş ümumiyyətlə normal və məhsuldar keçdi", - o deyib.

Zelenski qeyd edib ki, Amerika tərəfi ən yüksək səviyyədə Ukraynaya müsbət münasibət göstərir: "ABŞ-dan Ukraynaya, şəxsən mənə və komandama heç bir mənfi münasibət görmədim".

Daha əvvəl Zelenski Baydenlə Ukraynanın enerji təhlükəsizliyinə qarantiya məsələsini müzakirə etdiyini söyləyib.

Ölkənin xarici işlər naziri Dmitri Kulebanın sözlərinə görə, prezidentlərin danışıqları Ukrayna ilə ABŞ arasındakı münasibətləri yeni səviyyəyə qaldırıb.

Azvision.az



Teqlər: Ukrayna   ABŞ  





Xəbər lenti