Əmirulla Saleh Pəncşiri tərk etmədiyini deyib - YENİLƏNİB

Əmirulla Saleh Pəncşiri tərk etmədiyini deyib -  YENİLƏNİB
  03 Sentyabr 2021    Oxunub:2019
Əfqanıstanın keçmiş vitse-prezidenti Əmirulla Saleh Pəncşir əyalətini tərk etməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
"Ölkəni tərk etməyim və Əfqanıstandan kənarda olmağım barədə yayılan məlumatlar düşmənin təbliğatıdır. Mən Pəncşirdəyəm", -deyə Saleh Tolo News kanalı tərəfindən yayımlanan videomüraciətində deyib.

***
20:18
Əfqanıstanın keçmiş vitse-prezidenti Əmirulla Saleh Pəncşir əyalətini tərk edib.

Azvision.az xəbər verir ki, bu barədə Kabildəki mənbə cümə günü TASS-a məlumat verib. Keçmiş vitse- prezidentin Tacikistana getdiyi bildirilib.

Qeyd edək ki, "Taliban" Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra özünü müvəqqəti prezident elan edən Saleh "Taliban"a tabe olmayan şimaldakı Pəncşir əyalətinə sığınmışdı.

Hazırda Pəncşirdə döyüşlər gedir. "Taliban" bölgəni dörd tərəfdən mühasirəyə alaraq əyalətin internetini və elektrikini kəsib.

Azvision.az


Teqlər: Gözəllik-salonu  



Xəbər lenti