"Taliban" Pəncşirdə hərbi əməliyyata başlayıb - KİV

"Taliban" Pəncşirdə hərbi əməliyyata başlayıb -    KİV
  02 Sentyabr 2021    Oxunub:1335
“Taliban” hərəkatının silahlıları Əfqanıstanın şimalında yerləşən Pəncşir əyalətindəki müqavimət qüvvələrinin mövqelərinə kütləvi zərbələr endirib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin “Bakhtar” agentliyi məlumat yayıb.

"Əməliyyat zamanı iki səhra komandiri də daxil olmaqla doqquz silahlı öldürülüb, xeyli miqdarda silah-sursat ələ keçirilib", - hərbi mənbədən bildirilib.

“Taliban”ın Dərbənd-Qarani, Gülbahar və Şatal bölgələrində qarşı tərəfin 11 atəş xəttini məhv etdiyi açıqlanıb.

Milli müqavimət qüvvələri isə mövqelərin ələ keçirilməsi ilə bağlı məlumatı təkzib edib. Qeyd olunub ki, son 24 saat ərzində taliblər Pəncşirə bir neçə dəfə hücuma keçsələr də, məğlub olublar.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   Pəncşir  





Xəbər lenti