"ABŞ və Ukraynanın dostluğu Rusiyanın əleyhinə yönəlib" - Peskov

"ABŞ və Ukraynanın dostluğu Rusiyanın əleyhinə yönəlib" -    Peskov
  02 Sentyabr 2021    Oxunub:1822
"ABŞ və Ukraynanın dostluğu yalnız Rusiyanın əleyhinə yönəlikdir və bu, təəssüf doğurur" .
Azvision.az xəbər verir ki, bu bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.

Onun sözlərinə görə, Amerika-Ukrayna danışıqlarının gündəmində əsas yeri Rusiya mövzusu tutub.

“Sadə dildə desək, orada Rusiya əleyhinə Ukrayna-Amerika dostluğundan söhbət gedirdi. Yəni onların dostluğu özləri üçün deyil, Rusiyaya qarşıdır”, - Peskov bildirib.

Kreml sözçüsü Ukraynanın NATO-ya üzv olmaq istəyinə və ABŞ-ın bunu dəstəkləməyə hazır olmasına da diqqət çəkib.

“Rusiya Şimali Atlantika Alyansının hərbi infrastrukturunun ölkə sərhədlərinə mümkün yaxınlaşmasını xoş qarşılamır. Prezident Vladimir Putin bununla bağlı çox açıq, aydın və ardıcıl mövqeyimizi dəfələrlə bəyan edib. Bu bizim bəyənmədiyimiz bir durumdur", - Kreml sözçüsü əlavə edib.

Azvision.az



Teqlər: ABŞ   Rusiya  





Xəbər lenti