Türkiyə hərbi təyyarə istehsal edəcək

 Türkiyə hərbi təyyarə istehsal edəcək
  02 Sentyabr 2021    Oxunub:1392
Türkiyə yaxın gələcəkdə milli hərbi təyyarələrin istehsalına başlayacağıq.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Nazir xatırladıb ki, Türkiyə artıq özünün silah-sursatını, helikopter, pilotsuz uçuş aparatı (PUA), silahlı PUA, haubitsalarını istehsal edir və ixracını həyata keçirir.

"Yaxın gələcəkdə milli hərbi təyyarəmizin də istehsalına başlayıb xarici tədarükdən asılılığımızı azaldacağıq. Yüksək texnologiyalara əsaslanan müdafiə sənayemizdə yerli və milli istehsal göstəricilərini daha da artıracağıq", - Akar bildirib.

Türkiyə ordusunun hazırda ən başlıca vəzifəsinin terrorla mübarizə olmasına diqqət çəkən nazir deyib ki, terrorçu haradadırsa, hədəfimiz oradır: "Ən son terrorçu zərərsizləşdirilənədək onlarla mübarizəmizi davam etdirəcəyik".

Azvision.az



Teqlər: Hulusi-Akar  





Xəbər lenti