Rusiyada virusdan daha 798 nəfər ölüb

Rusiyada virusdan daha 798 nəfər ölüb
  02 Sentyabr 2021    Oxunub:934
Rusiyada son sutka ərzində koronavirusa 18 985 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 6 956 318 nəfərə çatıb.

Rusiyada son bir gündə 798 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 184 812. nəfərdir. İndiyədək 6 218 048 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Virus  





Xəbər lenti