Sabirabadda futbol meydançası yenidən qurulub

Sabirabadda futbol meydançası yenidən qurulub
  02 Sentyabr 2021    Oxunub:2902
Heydər Əliyev Fondu və Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə Sabirabad şəhər Nizami Gəncəvi adına 5 №-li orta məktəbdə futbol meydançası yenidən qurulub.
Futbol meydançasının açılışında Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi, Milli Məclisin deputatı Soltan Məmmədov, 63 saylı Sabirabad birinci seçki dairəsinin deputatı Kamal Cəfərov, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin konsulu və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbir iştirakçıları, Nizami Gəncəvi adına 5 №-li orta məktəbin müəllim kollektivi və şagirdlər müasir futbol meydançasına görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya öz təşəkkürlərini ifadə ediblər.

Futbol meydançası “Nizami Gəncəvi ili” çərçivəsində hazırlanıb və cari ilin 15 sentyabr tarixində mövcud karantin qaydaları nəzərə alınmaqla “Nizami Gəncəvi” adına məktəbələrarası futbol yarışması keçiriləcək.


Teqlər:





Xəbər lenti