Tacikistan Prezidenti Şah Məsudu və Rəbbanini ali ordenlə təltif edib

Tacikistan Prezidenti Şah Məsudu və Rəbbanini ali ordenlə təltif edib
  02 Sentyabr 2021    Oxunub:953
Tacikistan Prezidenti Emoməli Rəhmon Əfqanıstanın Milli qəhrəmanı Əhməd Şah Məsudu I dərəcəli İsmayıl Somani ordeni ilə təltif edib.
Azvision.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

"Tacikistanın müstəqilliyinin 30 -cu ildönümü şərəfinə Əfqanıstan İslam Respublikasının keçmiş müdafiə naziri, ölkənin milli qəhrəmanı Əhməd Şah Məsud I dərəcəli İsmayıl Somani ordeni ilə təltif edilir", - məlumatda deyiir.

Eyni mükafata Əfqanıstanın keçmiş prezidenti, professor Bürhanəddin Rəbbani də layiq görülüb. Əfqanıstan liderləri 1993-1996-cı illərdə taciklər arasında aparılan danışıqlarda göstərdikləri yardım və vasitəçiliyə görə fəxri mükafat alıblar.

Qeyd edək ki, "İsmayıl Somani" ordeni Tacikistan Respublikasının ən ali dövlət mükafatıdır və yüksək xidmətlərə görə Prezidentin fərmanı ilə təqdim olunur.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Tacikistan   Təltif   Şah-Məsud  





Xəbər lenti