Azərbaycan XİN İrana başsağlığı verib

Azərbaycan XİN İrana başsağlığı verib
  02 Sentyabr 2021    Oxunub:1270
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) avtobus qəzasına görə İrana başsağlığı verib.
Azvision.az - ın məlumatına görə, bu barədə XİN-in Tvitter səhifəsində paylaşım edilib.

“İranın Kürdüstan bölgəsində baş vermiş avtobus qəzası xəbərindən dərindən kədərləndik. Ölənlərin ailələrinə başsağlığı verir, yaralılara tezliklə sağalmalarını diləyirik”, - paylaşımda qeyd edilib.

Xatırladaq ki, avtobus qəzasında 14 nəfər ölüb, 8 nəfər yaralanıb.

Pərvanə Sultanova
Azvision.az





Teqlər: Azərbaycan   İran  





Xəbər lenti