"Ankara ilə İrəvan arasında münasibətlərin yaxşılaşmasına kömək etməyə hazırıq" - Rusiya XİN

   "Ankara ilə İrəvan arasında münasibətlərin yaxşılaşmasına kömək etməyə hazırıq" -    Rusiya XİN
  02 Sentyabr 2021    Oxunub:1572
Moskva Ankara ilə İrəvan arasında münasibətlərin yaxşılaşmasına hər zaman kömək etməyə hazırdır. Hər iki ölkə arasında müsbət siqnallar mübadiləsini görürük.
Azvision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu keçirdiyi ənənəvi brifinqdə deyib.

XİN sözcüsü bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar razılaşmalarının həyata keçməsi kontekstində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması fonunda Ankara-İrəvan əlaqələrinin də yaxşılaşması regionda sülh, sabitlik və çiçəklənməyə xidmət edərdi.

Zaxarova xatırladıb ki, Rusiya hər zaman Ermənistanla Türkiyə arasında münasibətlərin yaxşılaşmasının tərəfdarı olub və bu prosesdə fəal iştirak edib. " “Bilirsiniz ki, Rusiya Sürix protokollarının imzalanması prosesində birbaşa iştirak edib. Moskva 2009-cu ildə Sürix protokolların imzalanmasının əsas təşəbbüskarı və vasitəçisi rolunda çıxış edirdi. Sürix protokolları Türkiyə və Ermənistan arasında heç bir ön şərt irəli sürmədən əməkdaşlığı nəzərdə tuturdu. Təəssüf ki, Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş təşəbbüs həyata keçmədi, tərəflər bu təşəbbüsü reallaşdırmadı, bu artıq hər ölkənin öz iradəsi idi”.

Azvision.az



Teqlər: Rusiya   Türkiyə   Ermənistan   Azərbaycan  





Xəbər lenti