Həmsədrlər Bakı ilə İrəvan arasında etimadın yüksəldilməsinə kömək edə bilər" - Rusiya XİN

   Həmsədrlər Bakı ilə İrəvan arasında etimadın yüksəldilməsinə kömək edə bilər" -    Rusiya XİN
  02 Sentyabr 2021    Oxunub:1095
"ATƏT Minsk qrupunun Rusiyadan olan yeni həmsədri İqor Xovayev Cənubi Qafqaza səfər edib. Onun Azərbaycan rəhbərliyi ilə görüşü olub, qarşıda analoji təmasları Ermənistanda olacaq".
Azvision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib:

"Biz ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mövcud mandat əsasında yeni regional reallıqları adekvat şəkildə nəzərə almaqla, Qarabağ nizamlanması ilə bağlı işinin fəallaşmasını dəstəkləyirik. Hesab edirik ki, həmsədrlər Bakı ilə İrəvan arasında etimadın yüksəldilməsinə, eləcə də humanitar məsələlərin həllinə kömək edə bilər".

Azvision.az



Teqlər: ATƏT   Minskqrupu   Həmsədr   Azərbaycan  





Xəbər lenti