Türkiyədə zəlzələ olub

Türkiyədə zəlzələ olub
  03 Sentyabr 2021    Oxunub:1076
Türkiyənin Muğla əyalətində zəlzələ baş verib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 00:12-də Datça rayonunda 4,2 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı yerin 46,5 kilometr dərinliyində yerləşib. Dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Azvision.az


Teqlər: Türkiyə  





Xəbər lenti