"Əfqanıstandakı yeni hökumətlə təmasdayıq" - Pakistan səfiri

"Əfqanıstandakı yeni hökumətlə təmasdayıq" -  Pakistan səfiri
  03 Sentyabr 2021    Oxunub:1332
“Taliban” hərəkatı Əfqanıstanda yeni bir reallığa çevrilib və onunla əlaqə qurmağı öyrənmək lazım gələcək".
Azvision.az xəbər verir ki, bu barədə Pakistanın Rusiyadakı səfiri Şafkat Əli Xan "İzvestiya"ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, Əfqanıstandakı vəziyyətin nəticələrini ilk növbədə Pakistan hiss edəcək. Səfir bildirib ki, son vaxtlar 4 milyondan çox qaçqın sərhədi keçib.

“Pakistan Kablidə səfirliyini bağlamadı, yeni hökumətlə təmasdayıq. “Taliban” - yeni reallıqdır. Amma biz Əfqanıstanda uzun müddətli sabitlik yaratmağa çalışırıq", - Əli Xan söyləyib.

Diplomat Əfqanıstandakı vəziyyəti həll etmək üçün bütün beynəlxalq qüvvələrin birləşəcəyinə ümid edir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   Pakistan  





Xəbər lenti