"Taliban" Çini Əfqanıstanın əsas tərəfdaşı adlandırıb

 "Taliban" Çini Əfqanıstanın əsas tərəfdaşı adlandırıb
  03 Sentyabr 2021    Oxunub:1988
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatı Çini əsas beynəlxalq tərəfdaşı kimi görür.
Azvision.az xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Zabiullah Mücahid bildirib.

"Çin əsas tərəfdaşımızdır, bizim üçün vacib və müstəsna bir fürsətdir, çünki ölkəmizə sərmayə qoymağa və yenidənqurma işlərini aparmağa hazırdır", - Mücahid İtaliyanın "La Repubblica" qazetinə müsahibəsində deyib.

O, Pekin tərəfindən həyata keçirilən qədim İpək Yolunun dirçəlməsinə xidmət edəcək" "Bir Kəmər, Bir Yol" layihəsini yüksək qiymətləndirdiyini söyləyib: "Çin dünya bazarlarına açılan qapımızdır".

"Taliban" nümayəndəsi Çinin Əfqanıstanda mədən sənayesinin bərpasına kömək edəcəyinə ümidvar olduğunu vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   Çin  





Xəbər lenti