"Taliban" Pəncşirdə ağır itki verib - Bir neçə məntəqəyə nəzarət itib

 "Taliban" Pəncşirdə ağır itki verib -  Bir neçə məntəqəyə nəzarət itib
  03 Sentyabr 2021    Oxunub:1529
Əfqanıstan Milli Müqavimət Cəbhəsi Kabilin şimalındakı Pərvan əyalətinin mərkəzi Çarikar şəhərini nəzarətə götürüb.
Azvision.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Qeyd olunub ki, döyüşlərdə “Taliban” ağır itki verib. Müqavimət nümayəndələri dünən gecə taliblərin bir neçə istiqamətdən hücumları davam etdirdiyini bildiriblər. Onların sözlərinə görə, hücuma başlamazdan əvvəl Pəncşirin rabitə və internet xidmətləri, eləcə də elektrik təchizatı dayandırılıb. Məlumata görə, radikallar ağır itkilər verib, onlarla silahlının cəsədi döyüş meydanında qalıb, təslim olanlar var. Müqavimət qüvvələri də itki verib.

Həmçinin, müqavimət qüvvələrinə rəhbərlik edən Əhməd Məsudun tərəfdarlarının Bədaxşan əyalətində dörd məntəqəni taliblərdən geri almağı bacardığı bildirilir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   Pəncşir  





Xəbər lenti