Baş nazir supermarketə hücumu terror aktı adlandırıb

Baş nazir supermarketə hücumu terror aktı adlandırıb
  03 Sentyabr 2021    Oxunub:1149
Yeni Zelandiyanın Baş naziri Casinda Ardern Oklend şəhərindəki supermarketdə insanlara hücumu terror aktı adlandırıb.
Azvision.az xəbər verir ki, bu barədə hökumət rəhbəri mətbuat konfransında deyib.

“Qəddar ekstremist terror aktı həyata keçirib. Bu, vəhşicəsinə bir hücum idi", - Baş nazir bildirib.

Onun sözlərinə görə, supermarketə hücum edən şəxs “İŞİD” terror təşkilatının tərəfdarıdır. Ardern təcavüzkarın qəddar ideologiyaya sadiq qaldığını söyləyib. Əlavə edib ki, terrorçu 2011-ci ildə Yeni Zelandiyaya gələn Şri Lanka vətəndaşıdır.

Ardern hadisəyə görə, müsəlman cəmiyyətini günahlandırmağın düzgün olmadığını vurğulayıb.

Xatırladaq ki, bu gün səhər Oklend şəhərində bıçaqlı kişi supermarketdə insanlara hücum edərək 6 nəfəri yaralayıb, onlardan 3-nün vəziyyəti ağırdır. Mühafizəçilər təcavüzkara atəş açıb, o, yerindəcə ölüb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Yeni-Zelandiya   Terror  





Xəbər lenti