Rüstəm Muradov hərbçimizə baş çəkib

 Rüstəm Muradov hərbçimizə baş çəkib
  03 Sentyabr 2021    Oxunub:1898
Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradov azərbaycanlı hərbçi Cəmil Babayevə baş çəkib.
Azvision.az bu barədə erməni KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, Muradov əsir götürülmüş və həbs edilən Babayevin saxlanma şəraiti və sağlamlıq vəziyyəti ilə tanış olub. Sonuncunun istəyi ilə ailə üzvləri və yaxınları ilə əlaqə qurmaq imkanı veriləcək.

Xatırladaq ki, Müdafiə Nazirliyi Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlunun Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk etdiyini və haqqında cinayət işi başlanıldığını bildirib.

Ermənistan mətbuatı isə avqustun 25-də Cəmil Babayevin Rusiya sülhməramlılarının nəzarətində olan Ağdərədə tutulduğu barədə məlumat yaymışdı.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Cəmil-Babayev  





Xəbər lenti