Britaniyanın XİN rəhbəri Pakistan-Əfqanıstan sərhədində olub

Britaniyanın XİN rəhbəri Pakistan-Əfqanıstan sərhədində olub
  03 Sentyabr 2021    Oxunub:1083
Pakistanda səfərdə olan Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab Əfqanıstanla sərhəddə keçid məntəqəsinə baş çəkib. Məqsəd respublikaya kütləvi qaçqın axını fonunda vəziyyətlə tanışlıq olub.
Azvision.az xəbər verir ki, bu barədə nazir Tvitterdə bildirib.

“Vəziyyəti yerində öyrənmək və Pakistan-Əfqanıstan sərhədində baş verənləri anlamaq faydalı oldu. Britaniya vətəndaşlarının və onlarla əməkdaşlıq edən əfqanların Əfqanıstandan təhlükəsiz çıxmasının təmin edilməsi məsələləri müzakirə edildi", - Raab yazıb.

XİN rəhbəri Londonun Əfqanıstanı tərk edən on minlərlə qaçqının üz tutduğu bölgə ölkələrinə - Pakistan, Tacikistan, İran, Özbəkistan və Türkmənistana 20 milyon funt sterlinq (28 milyon dollar) vəsait ayırcağını təsdiqləyib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Britaniya   Əfqanıstan   Pakistan  



Xəbər lenti