Həmid Kərzay tərəfləri dialoqa çağırıb

Həmid Kərzay tərəfləri dialoqa çağırıb
  03 Sentyabr 2021    Oxunub:1228
Əfqanıstannın sabiq prezidenti Həmid Karzay “Taliban” hərəkatınl və ölkənin şimalında Pəncşir əyalətindəki müqavimət qüvvələrini qarşıdurmadan əl çəkməyə çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə keçmiş dövlət başçısı Tvitterdə yazıb.

“Ümid edirəm ki, hər iki tərəf mövcud problemi dialoq yolu ilə həll edəcək və əziyyət çəkən insanlarımız sülh içində yaşaya biləcəklər”, - Karzay deyib.

O, müharibənin həll yolu olmadığını, Əfqanıstana yalnız əzab gətirdiyini söyləyib.

Keçmiş prezident Pəncşirdə şiddətlənən döyüşlərin dərin narahatlıq yaratdığını əlavə edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan  





Xəbər lenti