ABŞ daha dörd İran vətəndaşına sanksiya tətbiq etdi

ABŞ daha dörd İran vətəndaşına sanksiya tətbiq etdi
  03 Sentyabr 2021    Oxunub:1522
ABŞ əvvəllər Nyu -Yorkda jurnalisti oğurlamağa cəhdə görə axtarışda olan dörd İran vətəndaşına sanksiya tətbiq edib.
ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamaya görə, İran vətəndaşları Əlireza Farahani, Mahmud Xazein, Omid Nuri və Kiya Sadeqi sanksiyalar siyahısına daxil edilib. Onlar İran əsilli ABŞ vətəndaşı olan jurnalist Məsih Əlinejadı oğurlamağa cəhdə görə Federal Təhqiqat Bürosu tərəfindən axtarışa verilmişdilər.

ABŞ Maliyyə Nazirliyinin müvafiq departamentindən verilən məlumatda bildirilir ki, 4 şəxsə İran Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi ilə əlaqələrə görə ikinci dərəcəli sanksiyalar tətbiq edilib.

Azvision.az




Teqlər:





Xəbər lenti