ABŞ və Almaniya yaxın günlərdə Əfqanıstanı müzakirə edəcək

ABŞ və Almaniya yaxın günlərdə Əfqanıstanı müzakirə edəcək
  03 Sentyabr 2021    Oxunub:1529
ABŞ və Almaniya yaxın günlərdə Əfqanıstanla bağlı nazirlərin çoxtərəfli virtual görüşünü keçirmək niyyətindədir. Bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken cümə günü keçirdiyi mətbuat konfransında deyib.
O, sentyabrın 5-də Dohaya gedəcəyini və Qətər rəhbərliyi ilə görüşlər keçirəcəyini bildirib. Blinken Almaniya xarici işlər naziri Hayko Maas ilə görüşəcəyini də qeyd edib.

"Biz onunla Əfqanıstanla bağlı nazirlər səviyyəsində görüş keçirəcəyik. Daha sonra isə 20 -dən çox ölkə daxil olmaqla digər tərəfdaşlarla virtual görüşümüz olacaq",-deyə Blinken əlavə edib.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: ABŞ  





Xəbər lenti