Rusiyada məktəblilər koronavirusa qarşı məcburi peyvənd edilməyəcək

Rusiyada məktəblilər koronavirusa qarşı məcburi peyvənd edilməyəcək
  04 Sentyabr 2021    Oxunub:750
Rusiyada 18 yaşına çatmış şagirdlər koronavirus infeksiyasına qarşı məcburi peyvənd edilməyəcək. Peyvənd olunmamış məktəbliləri dərsə buraxmamaqdan da söhbət getmir.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Təhsil nazirinin birinci müavini Aleksandr Buqayev bildirib.

Nazir müavini bildirib ki, heç kim uşaqları heç nə etməyə məcbur etməyəcək:

"Heç kim uşaqları bir şey etməyə məcbur etməyəcək, bunu məsuliyyətlə sizə bildiririk. Və təbii ki, bu məsələ hətta gündəmdə deyil". O əlavə edib ki, peyvənd olunmayanların dərsə buraxılmamasından da söhbət getmir.

Azvision.az


Teqlər: Rusiya   Koronavirus   Məktəb  





Xəbər lenti