Əfqanıstanda atışma nəticəsində 17 nəfər ölüb

Əfqanıstanda atışma nəticəsində 17 nəfər ölüb
  04 Sentyabr 2021    Oxunub:1648
Əfqanıstanın paytaxtı Kabil şəhərində havaya atəş açılması nəticəsində 17 nəfər həyatını itirib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident Həmid Karzay Beynəlxalq Hava Limanında baş verib.

Daha 41 nəfərin yaralandığı bildirilib.

Məlumata görə, havaya atəş açan silahlılar Pəncşir vilayətinin “Taliban”ın nəzarətinə keçməsini bayram edirmiş.

Azvision.az



Teqlər: Əfqanıstan  



Xəbər lenti