Lavrovu və Şoyqunu Dövlət Dumasına buraxmağa heyfim gəlir – Putin

Lavrovu və Şoyqunu Dövlət Dumasına buraxmağa heyfim gəlir –    Putin
  04 Sentyabr 2021    Oxunub:1396
Vladimir Putin: Lavrov və Şoyqu Dövlət Dumasına buraxmaq təəssüf doğurur, yaxşı işləyirlər
Azvision.az RİA Novosti nəşrinə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqunu və xarici işlər naziri Sergey Lavrovu Dövlət Dumasına buraxmaqdan məyus olacağını, ancaq bu qərarı özləri verməli olduqlarını söyləyib.

O, jurnalistin "Şoyqu və Lavrovun Dövlət Dumasına getməsinə icazə verdiyinizə görə peşman deyiulsiniz ki?” sualına belə cavab verib:

"Təəssüf edirəm. Onlar öz yerlərindədirlər və yaxşı işləyirlər. Həmkarlarım sadəcə mənə müraciət edərək siyahıya başçısılıq etmək istədiklərini bildirdilər. Onlar "Vahid Rusiya" partiyasının gördüyü işlərin həqiqətən bu insanların səyləri ilə həyata keçirildiyini nümayiş etdirmək istəyirlər”.

"Ancaq qərarları ilk növbədə onlar özləri verilməlidir", - o əlavə edib.

Lavrov və Şoyqu qarşıdan gələn Dövlət Duması seçkilərinə “Vahid Rusiya” partiyasından ilk beşlikdə gedirlər. Onların öz vəzifələri ilə vidalaşıb-vidalaşmayacağı bəlli deyil. Ancaq RF konstitusiyasına görə, eyni vaxtda həm qanunverici, həm də icra hgakimiyyətində təmsil oluna bilməzlər.

Nadir Quliyev
Azvision.az



Teqlər: Putin   Lavrov   Şoyqu  



Xəbər lenti