Litva Çin səfirini geri çağırıb

Litva Çin səfirini geri çağırıb
  04 Sentyabr 2021    Oxunub:1093
Litva Xarici İşlər Nazirliyi (XİN) Çindəki səfiri Diana Mitskeviçeneni məsləhətləşmələr üçün geri çağırıb. Azvision.az xəbər verir ki, bu barədə Litva departamentinin mətbuat xidməti məlumat yayıb.
Xarici İşlər Nazirliyi səfiri Çinlə diplomatik qarşıdurma səbəbindən məsləhətləşmələr üçün geri çağırdığını vurğulayıb.

Nazirlik eyni zamanda Litvanın Pekindəki səfirliyinin işini "hər zamanki kimi" davam etdirdiyini qeyd edib.

Avqustun 10-da Vilnüsdə Tayvanın diplomatik nümayəndəliyinin açılmasına qərar verildikdən sonra Çin Litvadakı səfirini geri çağırmışdı. Pekin bu addıma kəskin etirazını bildirərək Litvanın da öz nümayəndəsini ÇXR-dən geri çəkməsini istəmişdi.

Litva buna cavab olaraq, "Avropa Birliyinin (AB) bir çox digər ölkələri və dünyanın qalan hissəsi kimi, Tayvanla qarşılıqlı-faydalı əlaqələri inkişaf etdirmək" niyyətində olduğunu bildirdi.

Tayvan 1949-cu ildə Çin Qomindan Partiyası vətəndaş müharibəsində məğlubiyyətə uğradıqdan sonra Pekininin nəzarətindən çıxıb . Buna baxmayaraq, ÇXR adanı hələ də öz ərazisi hesab edir.

Nadir Quliyev
Azvision.az



Teqlər: Litva   Çin  





Xəbər lenti