Kişi olun! Çində “qadınabənzər”lərin efirə çıxması yasaqlandı

      Kişi olun!    Çində “qadınabənzər”lərin efirə çıxması    yasaqlandı
  04 Sentyabr 2021    Oxunub:3040
Çin hökuməti “qadına bənzəyən kişilərin” efirə çıxarılmasını qadağan edib. Bu haqda qərar ölkənin Milli Radio və Televiziya İdarəçiliyinin saytında dərc olunub.
Qərara əsasən, “qadınabənzər kişilər”lə yanaşı, “estetik normalardan digər yayınma halları”da qadağan edilib və efirə çıxarılan şəxslərin “geyim, makiyaj, davranış tərzinə diqqət yetirilməsi” şiddətlə tövsiyə olunub.

Bundan başqa, hökumət efirdə insanların şəxsi həyatını, maddi imkanlarını müzakirə etməyi də yasaqlayıb, “çünki belə hallar Çinin dəyərləri ilə bir araya sığmır”.

Bunun əvəzinə, kanallara tövsiyə olunub ki, ənənəvi mədəniyyəti və sosialist mədəniyyətini təbliğ edən verilişlər hazırlasınlar. Hökumətin fikrincə, “fanat mədəniyyəti” adlandırılan hallar gənclərin şüurunu zəhərləyir və məşhurlara lazımsız, ziyanlı nüfuz qazandırır.

Qərarı şərh edən yerli media yazır ki son vaxtlar ölkədə gənc oğlanların qızlar kimi geyinib, bəzənib, saç düzümü və makiyaj etdirməyə marağı çoxalmışdı.

Samir Quliyev
Azvision.az


Teqlər: TV   Çin  



Xəbər lenti