Kabil aeroportu fəaliyyətini bərpa edib

Kabil aeroportu fəaliyyətini bərpa edib
  04 Sentyabr 2021    Oxunub:1157
“Taliban” qruplaşmasının Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra müvəqqəti olaraq bağlanan Həmid Kərzay Beynəlxalq Hava Limanı bu gün fəaliyyətini bərpa edib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qətərin Kabildəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, artıq Kabildən 2 daxili aviareys – Məzari-Şərif və Qəndəhara gedən reyslər həyata keçirilib.

Əl Cəzirə telekanalı diploatın sözlərinə istibadən bildirib ki, bir qrup qətərli texniklər hava limanında bütün lazımi işləri tamamlamaq üzrədirlər.
“Yaxın günlərdə Kabul hava limanı daha da çox uçuş qəbul edə biləcək”, deyə məlumatda qeyd edilir.

Azvision.az



Teqlər: Əfqanıstan  



Xəbər lenti