"D" günü: Kraliçanın ölüm ssenarisi hazırlanır

  04 Sentyabr 2021    Oxunub :1127
     "D" günü:  Kraliçanın ölüm ssenarisi hazırlanır
Hökümət Londondakı xaosun qarşısını almaq üçün təcili tədbirlər görəcək.

İngilis höküməti kraliçanın ehtimal olunan ölümü münasibətilə yüz minlərlə paytaxt sakini olmayan ingilisin Londona axışması halında xaosun qarşısını almaq üçün fövqəladə tədbirlər görəcək. Monarxın dəfnindən 10 gün əvvəlki dövrə hesablanmış həmin plan "London Körpüsü" adlanır.
Azvision.az xəbər verir ki, bu barədə cümə günü Politico saytında məlumat verilib.

"95 yaşlı kraliçanın sağlamlığı yaxşı olsa da", nəşrin tanış olmağa macal tapdığı sənədlərdə belə bir hadisənin daim dəyişən şəraitə uyğun olaraq planlaşdırılma səviyyəsi öz əksini tapıb.

Sənədlərdən birində Londonun ilk dəfə "dolub daşması" ilə nəticələnəcək ən pis vəziyyət ssenarisi haqda xəbərdarlıq edilir. Terror təhlükəsinin artması ilə əlaqədar xüsusi xidmət orqanlarının əməkdaşları ən yüksək hazırlıq vəziyyətində olacaqlar.

Kraliçanın məxfi olaraq "D" günü adlandırılan ölümündən bir neçə kral sarayı monarxın ölümü barədə baş naziri, kabinet katibini və hüquq-mühafizə orqanlarının rəhbərlərini məlumatlandıracaq. İngiltərə Baş nazirinin evininvə bir sıra aparıcı nazirliklərin yerləşdiyi Londonun Uaytholl Strit adlı mərkəzi küçəsində bayraqlar endiriləcək. Kral ailəsinin veb saytı rəngi qara rəngə boyadılacaq və orada monarxın ölümünü təsdiqləyən qısa bir bəyanat əks olunacaq.

“D” günündə İngiltərə hökumətinin başçısı yeni kralla görüşəcək və daha sonra Britaniya xalqına müraciət edəcək.

Bir müddət əvvəl xəbər verildiyi kimi, Britaniya kabinetinin üzvləri, Böyük Britaniya Kraliçası II Yelizavetanın ölümündən sonra təşkil olunacaq 10 günlük milli matəmə hazırlaşmaq üçün gizlicə məşq ediblər. Monarxın ölümünün ertəsi günü adlandırılan "D + 1" -ə ciddi hazırlaşıblar. Həmin gün Nazirlər Kabinetinin üzvləri, Baş nazir yas hadisələri ilə bağlı nə vaxt açıqlama verəcəklərini dəqiqləşdirməlidirlər.

Nadir Quliyev
Azvision.az


Teqlər: Kraliça  







Xəbər lenti