ABŞ-da qəzaya uğrayan helikopterin heyəti ölmüş elan edildi

ABŞ-da qəzaya uğrayan helikopterin heyəti ölmüş elan edildi
  04 Sentyabr 2021    Oxunub:990
ABŞ-ın Sakit Okean Donanmasının avqustun 31-də Kaliforniyada, San-Diyeqo yaxınlığında qəzaya uğramış “MH-60S Knighthawk” helikopterinin 5 ekipaj üzvü ölmüş elan edilib.
Azvision.az ABŞ mediasına istinadla xəbər verir ki, atıq Sahil Mühafizəsi Xidməti itkin düşmüş hərbçilərin axtarışını dayandırıb.

Yada salaq ki, helikopter təlimlər zamanı “Abraham Lincoln” aviadaşıyıcı gəmisinin göyərtəsindən qalmış və sahildən təxminən 110 kilometr aralıda suya düşmüşdü. Onun heyət üzvlərindən birini xilas etmək mümkün olub.

Qəzaya uğramış “MH-60S Knighthawk” helikopteri “SH-60 Seahawk”un modifikasiyasıdır. Hazırda ABŞ ordusunda 500 belə maşın var.

Samir Quliyev


Teqlər: ABŞ  



Xəbər lenti