"Taliban" Pəncşirin Annaba rayonunu ələ keçirib - KİV

"Taliban" Pəncşirin Annaba rayonunu ələ keçirib -    KİV
  05 Sentyabr 2021    Oxunub:994
“Taliban” hərəkatının silahlıları Pəncşir əyalətinin mərkəzindəki Annaba rayonunu ələ keçiriblər.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin “Ashwaka” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, döyüşlərin əyalət qubernatorunun sarayı ərazisində gedir.

Bundan əvvəl "Taliban"ın nümayəndəsi Bilal Kərimi “Twitter”də hərəkatın artıq Pəncşirin Xinc, Annaba, Şotol və Paryan bölgələrinə nəzarət etdiyini bildirib.

Azvision.az



Teqlər: Əfqanıstan   Pəncşir  





Xəbər lenti