"İŞİD" terrorçularının hücumu nəticəsində İraqda 7 polis öldürülüb

"İŞİD" terrorçularının hücumu nəticəsində İraqda 7 polis öldürülüb
  05 Sentyabr 2021    Oxunub:888
İraqın şimalında “İŞİD” terror qruplaşmasının hücumu nəticəsində azı 7 polis əməkdaşı ölüb.
Azvision.az xəbər verir ki, bu barədə “Shafaq News” agentliyi məlumat yayıb.

Məlumata görə, terrorçular Kərkük vilayətinin kəndlərindən birində polis əməkdaşlarına hücum ediblər. Hadisə nəticəsində 7 polis əməkdaşı ölüb, yaralılar var.

"İŞİD” yaraqlıları 2014 -cü ilin yayında İraq ərazisinin təxminən üçdə birini işğal etmişdilər. 2015-ci ildə beynəlxalq koalisiyanın dəstəyi ilə hökumət qüvvələri ekstremistlərin nəzarətinə keçən əraziləri azad etmək üçün genişmiqyaslı kampaniyaya başladı. 2017-ci ilin dekabrında ölkə hökuməti terror qruplaşmasının İraqda məğlubiyyətini elan etdi. Bundan sonra İraqda təhlükəsizlik vəziyyəti xeyli yaxşılaşıb, terror hücumları isə səngiyib.

Azvision.az



Teqlər: İraq  



Xəbər lenti