Amerikalı general "Taliban"ın hakimiyyəti ələ keçirilməsinin səbəbini açıqlayıb

Amerikalı general "Taliban"ın hakimiyyəti ələ keçirilməsinin səbəbini açıqlayıb
  05 Sentyabr 2021    Oxunub:1110
"Xalqın hökumətə inamsızlığı səbəbindən “Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirə bildi".
Azvision.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Baş qərargah rəisləri komandanı, general Mark Milli “Fox News”a bildirib.

Onun sözlərinə görə, Əfqanıstanda baş verənlərin əsas səbəblərindən biri də hökumətdəki korrupsiyadır.

"Ölkə vətəndaşları hökumətə inanmırdı. Bunun nəticəsində nə baş verdiyini gördünüz. Hökumət, ordu çökdü. Lakin hökumətinin süquqtu gözlənildiyindən daha sürətli baş verdi", - amerikalı general əlavə edib.

Azvision.az



Teqlər: Əfqanıstan   ABŞ  



Xəbər lenti