"Müqavimət qüvvələri talibləri Pəncşirdən çıxarıb" - Daşti
Onun sözlərinə görə, Pənçşir taliblərdən tamamilə təmizlənib.
“Ən azı min terrorçu tələyə düşdü, hücum edənlər hamısı qaçarkən öldürüldü, bəziləri təslim oldu və ya yerli müqavimətçilər tərəfindən əsir götürüldü. Əsir götürülənlərin çoxu xaricilər, əksəriyyəti isə pakistanlıdır", - Daşti əlavə edib.
O, şənbə günü 600-ə yaxın "Taliban" döyüşçüsünün öldürdüyünü bildirib.
Əfqanıstanın “Bakhtar” agentliyi isə əksinə, “Taliban”ın artıq Rux bölgəsi və əyalətin paytaxtı Bazarak istisna olmaqla, demək olar bütün Pəncşirə nəzarət etdiyini yazıb.
Azvision.az
Teqlər: Əfqanıstan Pəncşir







Vaxtında, Aydın, Lazımlı!


