"İŞİD" silahlıları 3 İraq hərbçisini öldürüb

"İŞİD" silahlıları 3 İraq hərbçisini öldürüb
  05 Sentyabr 2021    Oxunub:1269
“İŞİD” terror qruplaşması yaraqlılarının sutka ərzində ikinci hücumu nəticəsində İraq ordusunun üç hərbçisi öldürülüb.
Azvision.az xəbər verir ki, bu barədə "Shafaq news" xəbər portalı məlumat yayıb.

Qeyd olunub ki, hadisə Mosulun cənub-şərqindəki Mahmur şəhəri yaxınlığında baş verib. 14-cü piyada diviziyasının əsgərləri dünən gecə silahlı qrup aşkar edib və tərəflər arasında atışma başlayıb. Üç hərbçini güllələyən və itki verən yaraqlılar ərazidə yerləşən dağ silsiləsinə doğru geri çəkiliblər. Silahlı Qüvvələr komandanlığı hazırda dəstəni zərərsizləşdirmək üçün xüsusi əməliyyat hazırlayır.

Xatırladaq ki, dünən gecə “İŞİD” terror qrupşmasının İraqın şimalında Kərkük vilayətinə hücumu nəticəsində bir zabit də daxil olmaqla 12 polis əməkdaşı öldürülüb.

Azvision.az



Teqlər: İraq   Terror  



Xəbər lenti