Əfqanıstan vətəndaşı Berlində iki nəfəri bıçaqlayıb

Əfqanıstan vətəndaşı Berlində iki nəfəri bıçaqlayıb
  05 Sentyabr 2021    Oxunub:832
Əfqanıstan vətəndaşı Almaniyanın paytaxtı Berlində iki nəfərə bıçaqla hücum edərək, onlara ağır xəsarətlər yetirib.
Azvision.az xəbər verir ki, bu barədə şəhər polis idarəsindən məlumat verilib.

Hadisə dünən günorta saatlarında baş verib. 2016-cı ildən bəri Almaniyada yaşayan əfqan guya qadın olaraq çalışmasını bəyənmədiyi üçün parkda bağçılıqla məşğul olan 58 yaşlı bir qadına hücum edib. Daha sonra qadının köməyinə gələn 66 yaşlı kişiyə də bıçaqla xəsarət yetirib. Hər iki zərəçəkən boynundan xəsarətlər alıb, onlar təcili əməliyyat edilib, hazırda xəstəxanadadırlar.

Şübhəli yerindəcə tutulub, ilkin araşdırmaya görə, polis cinayəti törədənin ruhi xəstə ola biləcəyi versiyasını irəli sürüb. Hazırda cinayətin təfərrüatlarını və hadisənin motivlərini araşdırır.

Azvision.az



Teqlər: Almaniya   Hücum  





Xəbər lenti