İstanbulda inanılmaz tryuk: 4 rekord birdən vuruldu – VİDEO

      İstanbulda inanılmaz tryuk:    4 rekord birdən vuruldu –    VİDEO
  05 Sentyabr 2021    Oxunub:3800
İtaliyalı təyyarəçi və kaskadyor Dario Kosta İstanbulda göstərdiyi inanılmaz tryuk ilə Ginnesin rekordlar kitabına düşüb. O, 43,44 saniyə ərzində təyyarə ilə Çatalacadakı 2260 metr uzunluğundakı iki avtomobil tunelindən keçib.
Azvision.az xəbər verir ki, eksperiment vaxtı 245 km/saat sürətlə uçan təyyarənin bortu asfaltdan cəmi 0.7-1 metr yuxarıda olub. Pilot həmçinin qanadlarla tunelin divarları arasındakı məsafəni də gözləməli idi.

Kosta bu tryuku həyata keçirməklə eyni vaxtda 4 rekord vurub: Təyyarənin tuneldən ilk dəfə uçaraq keçməsi, təyyarənin ilk dəfə eyni vaxtda iki tuneldən uçaraq keçməsi, təyyarənin tuneldən havaya qalxması və təyyarə ilə keçilən ən uzun tunel.


Samir Quliyev
Azvision.az


Teqlər: Tryuk   Rekord  





Xəbər lenti