Almaniyanın Çindəki səfiri qəfildən ölüb

Almaniyanın Çindəki səfiri qəfildən ölüb
  06 Sentyabr 2021    Oxunub:826
Bu yaxınlarda Çinə səfir təyin olunan Almaniya kanslerinin xarici siyasət üzrə müşaviri olmuş Yan Hekker 54 yaşında vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Almaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Almaniyanın Çindəki səfiri, professor Yan Hekkerin qəfil ölüm xəbəri bizi dərindən kədərləndirdi və məyus etdi. Düşüncələrimiz onun ailəsi və yaxınları ilədir", - açıqlamada deyilir.

Almaniya XİN diplomatın ölüm səbəbini açıqlamayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Almaniya   Çin   Səfir  





Xəbər lenti