Əmrulla Saleh Tacikistana qaçıb

Əmrulla Saleh Tacikistana qaçıb
  06 Sentyabr 2021    Oxunub:852
Əfqanıstanın keçmiş vitse-prezidenti Əmrulla Saleh Tacikistana qaçıb.
Azvision.az xəbər verir ki, bu barədə bir sıra xarici və yerli KİV-lər məlumat yayıb.

Siyasətçinin hazırda harada olduğu məlum deyil.

Salehin Əfqanıstandan Tacikistana qaçması ilə bağlı ilk xəbərlər sentyabrın 4-də yayılmağa başlayıb. Onun Müqavimət Cəbhəsi liderlərinin müşayiəti ilə qonşu ölkəyə getdiyi deyilirdi. Ancaq sonradan Saleh bu məlumatı təkzib etdi və Pəncşirdə olduğunu bildirdi.

Xatırladaq ki, "Taliban"ın sözçüsü Zəbiulla Mücahid Pəncşir vilayətinin tamamilə hərəkatın nəzarətinə keçdiyini bəyan edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   Pəncşir  





Xəbər lenti