Taliban Müqavimət Cəbhəsinin sözçüsünü öldürdü

Taliban Müqavimət Cəbhəsinin sözçüsünü öldürdü
  06 Sentyabr 2021    Oxunub:864
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatının silahlıları Milli Müqavimət Cəbhəsinin mətbuat katibi Fəhim Daştini öldürüblər.
Azvision.az xəbər verir ki, bu barədə “Khaama Press” agentliyi xəbər yayıb.

Məlumata görə, Daşti Pəncşir vadisinin Daştak bölgəsində öldürülüb. Müqavimət qüvvələrinin nümayəndəsinin hansı şəraitdə öldürüldüyü açıqlanmır.

Əfqanıstanın keçmiş müdafiə naziri Bismillah Məhəmməd deyib ki, Daşti canından keçdi, amma torpağı satmadı.

"Taliban"la toqquşma zamanı Daştidən başqa bir neçə komandir öldürülüb. Onların arasında Gül Haydar Xan, Munib Əmiri və Əbdül-Vadud Zara da var.
“Afghanistan International”ın məlumatına görə, qarşıdurmada Pakistan xüsusi təyinatlıları həlledici rol oynayıb. Ölkənin hava qüvvələri Pəncşirə zərbələr endirib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Pəncşir  





Xəbər lenti