Qarabağda daha bir erməni hərbçinin cəsədi tapıldı |
Məqalədə qeyd edilir ki, kapitulyasiya aktının bağlanmasından 10 ay sonra müharibə cəhənnəmindən keçən həkim hələ də İrəvandakı Yerablur hərbi panteonunu ziyarət etməyə hazır deyil. Çünki cərrah qəbir daşlarına, xilas edə bilmədiyi və ya xəstəxanaya çox gec çatdırılan çoxsaylı əsgərlərin şəkillərinə baxa bilmir.
Hovsep jurnalistə həmin günlərdə gördüklərinin hamısını təfərrüatı ilə danışmaq istəməyib. O hazırlıqsız bir insanın ağ xalatlıların gördüklərini təsəvvür etməsini, dinləməsinin çətin məsələ olduğunu söyləyib.
Həkim ordumuzun döyüşlərdə məhv etdiyi yüzlərlə erməni əsgəri arasından təsadüfən sağ qalan əsgərlə bağlı xatirəsini isə möcüzə adlandırıb.
"Yalnız təsadüfən şahidi olduğum bir epizoddan bəhs edim: əsgərlərdən biri qardaşının artıq öldüyünü anlamayaraq onaqana bulaşmış çörək yedirtməyə çalışırdı. Əlbəttə ki, möcüzələr də baş verirdi. Müharibənin dayandığı elan edildikdən sonra səhər saatlarında hər kəs məyus olmuşdu. Birdən bir yaralı gətirdilər. Onu meyitlərin arasından tapmışdılar və artıq öldüyünü zənn edirdilər. Uzun müddət tibbi yardımsız qalan əsgərin xilası inanılmaz bir şey idi" - Ovanisyan deyib.
Tural Tağıyev
Azvision.az